Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zənginlərin sərvəti 6 trilyon dollara çatır – Bu il onlar daha da varlanıblar

Bu il Rusiyanın zəngin adamlarının sərvəti 21 faiz, yaxud 51 milyard dollar artıb. “Bloomberg” ən varlı 500 milyarderin indeksini açıqlayıb...

Agentlik bu artımı “yeni yaranan bazarların valyuta, səhm və istiqrazlar formasında aktivlərinin” dəyərində sıçrayışla əlaqələndirir. Bir il qabaq isə böyük itkilər yaşanmışdı.

Ən varlıların indeksində 23 rusiyalının adı sadalanır. Onların içində bircə sərvəti 9,6 milyard dollar olan Dmitri Rybolovlyev bu il 438 milyon dollar itirib. 

Rybolovlyev sərvətinin əsas hissəsini on il qabaq Rusiyanın kalium gübrələri istehsalçısını 6,5 milyard dollara satmaqdan əldə edib. O, Rusiyanın Perm Tibb İnstitutunda tibb üzrə təhsil olub, 1990-cı ildə alim atasıyla birlikdə bizneslə məşğul olmağa başlayıb.

Rusiyanın qonşusu Ukraynadan siyahıya təkcə sənayeçi Rinat Əhmədov düşüb, onun sərvəti 812 milyon dollar artaraq 6 milyard dolları keçib.

Birləşmiş Ştatlardan milyarder siyahısında 172 nəfərin adı var, bu il onların sərvəti 500 milyard dollar artıb. ABŞ vətəndaşlarının 0,1 faizi ən varlılar qrupuna daxildir və 1929-cu ildən əri ilk dəfədir ki, ölkə iqtisadiyyatına ən böyük paya sahibdirlər.

Həyat yoldaşından ayrılmasına baxmayaraq, elektron ticarət maqnatı Cef Bezos hələ də dünyanın ən varlısıdır, 116 milyard dolları var. Ümumilikdə isə dünyanın ən zəngin 500 insanının sərvəti bu il 25 faiz artaraq 5,9 trilyon dollara çatıb.

pia.az


Etiket: milyarderlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar